Bakıda quru meyvə ticarəti ilə məşğul olan iş adamı Elman Ağasıyev həbs edilib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Qəbələ rayon sakini olan E.Ağasıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
4 nəfər ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Onlar E.Ağasıyev tərəfindən aldadılaraq müvafiq olaraq 10 000, 85 850, 132 000 və 18 000 manat vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyini bildiriblər.
Quru meyvə alqı-satqısı ilə bağlı tərəflər arasında narazılıq yaranıb və külli miqdarda borcun olması müəyyən edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 20.06.2024-cü il tarixli hökmü ilə iş adamı 6 il müddətinə həbs cəzasına məhkum edilib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu