Cəlilabadın Qarazəncir kənd sakini bədbəxt hadisə nəticəsində ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
Belə ki, orada istirahət edən 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya atılan zaman başı daşa dəyib. Ağır xəsarət onun ölümünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu