Naxçıvanda güclü yağış nəticəsində bir neçə avtomobil yolunda məhdudiyyət yaranıb.
Bu barədə BUTA.TV-a “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq və Kükü kənd ərazisində müşahidə olunan güclü yağış avtomobil yollarının hərəkət hissəsində məhdudiyyət yaradıb.
Problemlə bağlı məlumat daxil olan kimi qeyd olunan ərazilərə ərazilərə Agentliyin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.
Hazırda yollarda təmizləmə işləri davam etdirilir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu