ABŞ iyunun 25-də İran İslam Respublikasının hərbi qüvvələrinə milyardlarla dollar vəsaitin köçürülməsində iştirak etdiklərinə görə 50-yə yaxın şəxs və təşkilata sanksiya tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu şəxslər və qurumlar İslam İnqilabı Keşikçiləri Korpusunun, eləcə də İran Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin istifadə etdiyi “kölgə bank şəbəkəsi” yaradıblar.
“Bu bank şəbəkəsi SEPAH və Müdafiə Nazirliyinə beynəlxalq maliyyə sisteminə çıxış təmin edib. İki qurum da 2020-ci ildən bəri neft və neft-kimya məhsullarının satışı ilə əldə etdiyi milyardlarla dollar vəsaitin köçürülməsinə yardımçı olub”, - məlumatda bildirilib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İnqilab Keşikçiləri və Müdafiə Nazirliyi öz gəlirlərini İranın mübadilə şəbəkələri və xarici örtük şirkətləri vasitəsilə Yəmən husiləri də daxil olmaqla, İslam Respublikasının regiondakı proksi qruplarına maliyyə dəstəyi və silah-sursat üçün xərcləyiblər.
Nazirlik bəyanatının sonunda İnqilab Keşikçiləri Korpusu və İslam Respublikasının Müdafiə Nazirliyinin öz gəlirlərindən Rusiyaya pilotsuz təyyarələr ötürmək üçün istifadə ediyini vurğulayıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu