Qərb ölkələri İrəvana təzyiq göstərir, onları bir sıra hallarda antirusiya mövqeyi tutmağa sövq edir və MDB məkanında əməkdaşlığı məhdudlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev deyib.
Onun fikrincə, bu, ilk növbədə Ermənistanın özünə ziyan vurur:
"Qərbdən erməni tərəfdaşlarımıza qarşı böyük təzyiq görürəm ki, bu da onları bəzi hallarda antirusiya mövqe tutmağa və ya MDB çərçivəsində əməkdaşlığını məhdudlaşdırmağa sövq edir. Təəssüf hissi ilə qeyd edirəm ki, Ermənistan son vaxtlar MDB-nin bir çox forumlarında iştirakını dayandırıb. Məncə, bu MDB üçün pisdir. Təşkilatın baş katibi kimi deyirəm, bir çox ekspertlər bunun Ermənistan üçün də pis olduğunu etiraf edirlər”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu