İranlı müəllimlər və təhsil işçiləri növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə İran Təhsil İşçilərinin Həmkarlar İttifaqı Təşkilatlarının Əlaqələndirmə Şurası məlumatında deyilir.
Bəyanatda müəllimlər 14-cü dövr prezident seçkilərində iştirak etməyəcəklərini bildiriblər.
Seçkilərin millətin iradəsini əks etdirmədiyini, bunun ölkədəki vəziyyətin dəyişməsinə heç bir təsir göstərməyəcəyini deyən müəllimlər, vətəndaşları seçkiləri boykot etməyə çağırıblar.
Qeyd edək ki, 3 gün əvvəl də 520 müəllim açıq məktub yazaraq, seçkiləri boykot etdiklərini bildiriblər.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu