Türkiyə Böyük Millət Məclisinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğanın diqqətini qadın müxbirlərdən birinin dırnaq boyası çəkib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, Rüya Akkuş adlı jurnalist izdihamın arasından mikrofonu Ərdoğana uzadıb və "Qısa bir sualımız var" deyib.
Müxbirin müxtəlif rənglərdə olan dırnaq boyaları Ərdoğanı təəccübləndirib:
"Bu dırnaq boyaları nədir? Dırnaq boyalarının modeli qəribədir... Mən nə edəcəyəm indi, yuxudayammı?"
Ərdoğan daha sonra Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelikə doğru üzünü çevirib:
"Partiya sözçüsü olaraq qiymətləndirmənizi eşidək".
"Xanımlara hər şey yaraşır", - deyə Ömər Çelik gülümsəyərək cavab verib.
Qadın müxbir də məsələ ilə bağlı fikrini bildirib:
"Əfəndim, yaya hazırlıqdır".
Bu dialoq gülüşə səbəb olub. Daha sonra Rüya Akkuş Ərdoğana suallarını ünvanlayıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu