Dop Dolu Məhdud Məsuliyyətli Cəmiyyəti müflisləşib.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizə yazıb.
Ərizə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilib.
Həmin iş üzrə məhkəmə iclası Bakı Kommersiya Məhkəməsinin inzibati binasında keçirilməklə iyulun 2-nə təyin edilib.
Qeyd edək ki, “Dop Dolu” 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Çingiz Elşad oğlu Kəngərlidir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu