Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı növbədənkənar parlament seçkilərinə qatılmaq qərarı verib.
BUTA.TV xəbər verir ki, bu barədə partiyadan verilən məlumatda qeyd olunub.
“Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, növbədənkənar seçkilər müzakirə edilib. Partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı ölkədə və bölgədəki siyasi durum, seçkilərin növbədənkənar keçirilməsini zəruri edən amillər haqda çıxış edib. Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli seçki hazıqlıları, təşkilati və texniki məsələlır barədə məlumat verib. Daha sonra qarşıdan gələn seçkiləri haqda müzakirə aparılıb. Partiyanın seçkidə iştirakına qərar verilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə istiqlalçı millət vəkili Sabir Rüstəmxanlı özünün, yoxsa xanımı, Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçkiyə qatılacağı haqda qərar vermədiklərini bildirmişdi. O qeyd etmişdi ki, bir ailədən yalnız bir nəfər seçkidə iştirak edə bilər.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu