Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun Çexiya-Türkiyə matçında 18 sarı vərəqə, 2 qırmızı vərəqə göstərilib.
BUTA.TV xəbər verir ki, görüşün referisi rumıniyalı İstvan Kovaçs olub.
O, Türkiyə millisindən 11 futbolçuya sarı vərəqə göstərib. Bunlar Salih Özcan, Kənan Yıldız, İsmayıl Yüksək, Mərt Günok, Hakan Çalhanoğlu, Uğurcan Çakır, Mərt Müldür, Səməd Akaydın, Kaan Ayhan, Orkun Kökçü və Arda Gülərdir.
Çexiya yığmasından isə 5 futbolçuya sarı vərəqə göstərilib. Çexiya millisinin üzvü Antonin Barak 20-ci dəqiqədə 2-ci sarı vərəqə ilə cəzalandırıldığı üçün qırmızı vərəqə alaraq meydandan qovulub. Həmçinin onun komanda yoldaşı Tomas Çori 90+8-ci dəqiqədə qırmızı kart görüb. Digər sarı vərəqə alanlar isə Patrik Şik, Vitezslav Yaroş, Lukas Çerv, Ladislav Kreyçi və Tomas Souçekdir.
Qeyd edək ki, bu oyunda Türkiyə millisi Çexiyaya 2:1 hesabı ilə qalib gəlib və F qrupunun 2-cisi kimi 1/8 finala adlayıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu