Xaricdə fəaliyyət göstərən və şahçılara mənsub "Mənoto" telekanalı İran prezidentliyinə türk namizəd Məsud Pezeşkianı yenidən hədəf alıb.
BUTA.TV xəbər verir ki, bu barədə telekanalın sosial media hesabında paylaşım edilib.
“Pərviz Məhəmmədinin Nəqədədə (Sulduz) Məsud Pezikyanın seçki qərargahının rəhbəri təyin edilməsi barədə məktubunun dərci sosial şəbəkələrdə qəzəb dalğasına və mənfi reaksiyalara səbəb olub. Məktubda Nəqədə şəhəri əvəzinə millətçilər arasında məşhur olan addan istifadə olunub”, - paylaşımda yazılıb.
Qeyd edək ki, "Nəqədə" Qərbi Azərbaycan əyalətinin türklərlə kürdlər arasında mübahisə və münaqişə mövzusuna çevrilən şəhərlərindən biridir.
Şəhərin tarixi türkcə adı Sulduz olsa da, bu, sonradan dəyişdirilərək Nəqədə edilib.
Buna baxmayaraq azərbaycanlıların və İranda yaşayan türklərin əksəriyyəti şəhəri tarixi türk adı Sulduzla tanıyır, yazır və çağırırlar.
Məsud Pezeşkianın məktubunda “Nəqədə” əvəzinə Sulduz yazmasından ona qarşı istifadə edilir və prezidentliyə namizəd millətçilikdə günahlandırılır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu