Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri (XİN) arasında görüş keçirməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen jurnalistlərə açıqlamasında deyib.
“Ümid edirəm ki, xarici işlər nazirləri ən qısa zamanda görüşmək imkanı tapacaqlar. Əgər bu, Vaşinqtonda baş verərsə, biz oynaya biləcəyimiz roldan asılı olmayaraq, onları məmnuniyyətlə qəbul edəcəyik. Ancaq bir çox kanallar var və hər iki tərəf effektiv birbaşa əlaqə saxlayır. Biz bu prosesdə dost kimi iştirak edirik”, - o bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu