Dəniz və hovuz mövsümünün açılması ilə birlikdə mütəxəssislər göz sağlamlığı ilə bağlı xəbərdarlıqlar edirlər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, gözlərdə qızartıların infeksiya əlaməti ola biləcəyi vurğulanır.
Üzdükdən sonra gözlərdə qızartı, ağrı və axıntı meydana gələ bilər. Bütün bunlar üçün alınmalı olan bəzi ehtiyat tədbirləri var.
Dos.dr. Sevil Karaman bu tədbirləri belə izah edib:
“Gözlərinizi suya məruz qoymamaq üzgüçülük eynəkləri taxın. Kontakt linzalarla üzməkdən çəkinin, çünki onlar göz infeksiyası riskini artıra bilər. Bulanıq və ya çirkli görünən suda üzməyin. Dəniz suyuna və ya hovuz suyuna məruz qalmısınızsa, gözlərinizi şirin su ilə yuyun.
Üzdükdən sonra gözünüzdə qızartı, ağrı, axıntı və ya görmə problemləri yaransa, dərhal həkimə müraciət edin. Çünki bunlar göz infeksiyasının əlamətləri ola bilər”.
Həkim diqqətə çatdırıb ki, hovuz düzgün xlorlaşdırılmazsa və ya təmizlənməzsə, göz infeksiyalarına səbəb ola biləcək bakteriyalar və digər mikroorqanizmlər sürətlə çoxalır:
“Xlor yüksək səviyyədə olarsa, gözləri qıcıqlandıra bilər. Ancaq hovuz suyunun düzgün saxlanması və xlorlanması şərtilə dəniz suyuna nisbətən göz infeksiyaları üçün daha az riskli olduğu düşünülür.
Bununla belə, göz infeksiyası riskini minimuma endirmək üçün hər iki mühitdə ehtiyat tədbirlərinin görülməsi vacibdir”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu