İran prezidentliyinə namizəd və ölkə parlamentinin sədri Məhəmməd Bagir Qalibaf Məsud Pezeşkianın ikinci turdakı rəqibi Səid Cəliliyə dəstək verib.
BUTA.TV xəbər verir ki, o, bu barədə yaydığı bəyanatda bildirib.
Qalibaf, Məsud Pezeşkianın özünə hörmətlə yanaşdığını, ancaq onun ətrafında olanlardan arxayın olmadığını deyib.
"İnqilabçı qüvvələr və onların tərəfdarlarından xahiş edirəm ki, İnqilab Cəbhəsinin namizədi kimi Səid Cəlilinin gələcək hökumət başçısı olmasına çalışsınlar", - Qalibaf çağırış edib.
Məğlub namizəd, Məsud Pezeşkianı ölkənin bir çox siyasi və iqtisadi problemlərinə səbəb olan siyasi cərəyanın nümayəndəsi adlandırıb.
Qeyd edək ki, 24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 10 415 901 səslə birinci yerdədir.
Onun rəqibi Səid Cəlili isə 9 473 298 səslə ikinci yerdə qərarlaşıb.
Məğlub namizəd və Pezeşkiana qarşı çağırış edən Məhəmməd Bagir Qalibaf isə cəmi 3 383 340 səs toplaya bilib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu