“Krokus Qrup” Krasnoqorskda terror aktından sonra yanan “Krocus Siti Holl” konsert zalının xarici konturunu bərpa etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətin rəsmisi TASS-a açıqlamasında deyib.
“Krokus Siti Holl”un yerləşdiyi binanın sahəsi 400 min kv.m-dir, yanmış hissə və perimetr 10 min kv.m təşkil edir. Yaxınlıqda başqa obyektlər də var ki, onlara hər gün çoxlu adam gəlir. Məhz bu səbəbdən dağılmış tikililərin heç kimə təhlükə yaratmaması üçün perimetri qaydaya salmaq vacibdir”, - o bildirib.
Onun sözlərinə görə, terror aktı baş verən yerdə həlak olanların xatirəsinə abidə qoyulması və ya binanın bərpası ilə bağlı hələlik yekun qərar yoxdur.
Qeyd edək ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “Krokus Siti Holl”un yerində konsert zalının tikilməyəcəyini bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu