Ələt-Astara avtomobil yolunda yanğın olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, yük ilə dolu TIR yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.
Hazırda sözügedən ərazidə yol bağlanıb və uzun tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu