2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən hərbi xidmətə çağırışla bağlı yeni qaydalar müəyyənləşib. Yeni qaydalar iyulun 1-dən qüvvəyə minəcək.
BUTA.TV xəbər verir ki, hazırki qaydalara əsasən hərbi xidmətə çağırılan çağrışçılar ilkin olaraq hərbi komisarlıqlarda müayinədən keçirilir, digər zəruri hallarda isə müalicə müəssisələrində müqayinədən keçirdilər. Yəni nəticə olaraq şəxsin hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində olan hərbi həkim komissiya qərar verirdi.
Bugündən etibarən isə Səfərbərlik xidmətinin hərbi həkim komissiyası bu qərarı verə bilməyəcək. Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq.
Bu dəyişiklikdə məqsəd isə bu sahədə olan neqativ halların qarışını almaqdır.
Qeyd edək ki, ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində islahatlar aparılır. Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı Baş Prokurorluq tərəfindən mütəmadi olaraq müvafiq dövlət qurumları ilə birgə mübarizə davam etdirilir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu