Kreml NATO Baş katibi Yens Stoltenberqin Çinin Rusiyaya müasir texnologiya və elektronika ilə kömək etməklə Avropada münaqişə yaratması barədə bəyanatına mənfi münasibət bəsləyir.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Digər tərəfdən, əminik ki, çinli dostlarımız özləri belə bəyanatlara layiqli qiymət verə bilərlər”, - o bildirib.
Qeyd edək ki, Stoltenberq Çinin İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırdığını bəyan etmişdi.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu