Ukraynanın dövlət sanksiya siyasətinin həyata keçirilməsi üzrə idarələrarası işçi qrupu məhsulları Rusiyada satılan erməni və gürcü şərabçılarına qarşı sanksiyaların tətbiqi məsələsinə baxır.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat “Economic Truth” nəşri tərəfindən yayılıb.
Nəşrin məlumatına görə, Ukrayna şərab istehsalçılarını birləşdirən “Ukrvinprom” korporasiyası məhsulları həm Ukrayna, həm də Rusiya bazarlarına çıxarılan bəzi gürcü və erməni şərabçılarına qarşı sanksiyaların tətbiqini tələb edir. Korporasiyadan Ukrayna Təhlükəsizlik Xidmətinə göndərilən siyahıda 17 müəssisənin, o cümlədən Ararat, Sarajişvili brendləri və “Askaneli qardaşları” şərabları istehsalçılarının adları yer alıb.
Həmin müəssisələrin 10 il müddətinə ticarət əməliyyatları aparmasına qadağa qoyulması, lisenziyalarının ləğvi və aktivlərinin dondurulması təklif edilir. Mediada yayılan məlumatlara görə, 2022-ci ildə Ukrayna ticarət şəbəkələrində Ermənistan və Gürcüstandan gətirilən 17,2 milyon dollar məbləğində 7,5 min tondan çox şərab məhsulları və konyak satılıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu