İsrail iyul ayında Hizbullaha qarşı quru əməliyyatına başlaya bilər.
BUTA.TV xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat dərc edib.
Qərb diplomatları bildirirlər ki, İsrail iyulun üçüncü və ya dördüncü həftəsində Livanın cənubunda əməliyyata başlaya bilər. Artan təhlükə səbəbindən bir çox ölkələr öz vətəndaşlarını Livanı tərk etməyə çağırır.
İsrail Prezidenti İshaq Hersoq vəziyyətin nəzarətdən çıxa biləcəyindən narahatlığını ifadə edib.
Öz növbəsində ABŞ müdafiə naziri Lloyd Ostin xəbərdarlıq edib ki, Hizbullahın təxribatları israilliləri və livanlıları arzuolunmaz müharibəyə sürükləyə bilər.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu