Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda çoxu qadın olmaqla, azı 107 nəfər ölüb.
BUTA.TV Hindistan mediasına istinadla xəbər verir ki, hadisə ştatın Hathras bölgəsinin Muğal Qarhi kəndində baş verib.
Ölənlər arasında uşaqlar da var. Hadisə baş verən vaxt havanın hərarətinin isti olması ölüm hallarının çoxalmasına səbəb gətirib çıxarıb.
Ölənlərin sayının artması ehtimalı var. Çünki xəsarət alanlar müxtəlif xəstəxanalara yerləşdirilib. Hazırda məlumatlar dəqiqləşdirilir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu