Rusiya-Türkiyə münasibətlərində hələ də həll olunmamış problemlər mövcuddur, lakin hər iki ölkə rəhbərliyinin onları həll etmək üçün siyasi iradəsi var.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Harada ki böyük işlər görülür, ikitərəfli münasibətlərin geniş spektri olan yerdə istər-istəməz müxtəlif problemlər yaranır. Tamamilə normal iş prosesidir. Amma onları (problemləri) həll etmək üçün siyasi iradə var. İkitərəfli münasibətlərin, ticari-iqtisadi qarşılıqlı fəaliyyətin lazımi səviyyəsi də mövcuddur”, - o bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu