Prezidentliyə namziəd Məsud Pezeşkian bu gün Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinə səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Urmiya hava limanında Məsud Pezeşkianı minlərlə urmiyalı qarşılayıb, "Azərbaycan var olsun, istəməyən kor olsun" şüarları səsləndiriblər.
Urmiyada izdiham qarşısında çıxış edən azərbaycanlı namizəd bir daha verdiyi vədləri yerinə yetirəcəyinə söz verib.
Urmiyalılar "Səttar xan, Baqir xan, Məsud xan" şüarları ilə onun dəstək veriblər.
Umiyadan əvvəl Kirmanşahda da on minlərlə insan tərəfindən qarşılanan Pezeşkianın görüşünü İranın bir sıra nüfuzlu media orqanları "misli görünməmiş qarşılama" başlığı ilə yayıb.
Hazırda Pezeşkianın çıxış etdiyi Urmiyanın "Gənclər evi" idman kompleksinin ətraf küçələrində izdihamlı dəstək aksiyası keçirildiyi üçün yollar bağlanıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu