“Çin Dəmir Yolu Qrupu” Çin-Avropa dəmir yolu ilə yükdaşımalarda əsas qovşaq olan Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verib.
BUTA.TV “Çin Dəmir Yolu Qrupu”nun məlumatına istinadla xəbər verir ki, qatarlar həftədə bir dəfə hərəkət edəcək.
Siandan çıxan qatarlar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçəcək, Xəzər dənizi vasitəsilə ümumilikdə 12 günə Bakıya çatacaq. Bu marşrut üzrə ilk qatar iyulun 1-də yola düşüb.
Bildirilir ki, yeni marşrut Çin-Avropa yük qatarları şəbəkəsi boyunca iqtisadi-ticari əməkdaşlığa və “Kəmər və yol” təşəbbüsünün inkişafına töhfə vermək məqsədilə açılıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu