Təhlükəsizlik məsələləri təmin olunacağı təqdirdə idmançılarımız Paris Olimpiya Oyunlarında çıxış edəcəklər.
BUTA.TV xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev Oxu.az-a açıqlamasında idmançılarımızın Paris Olimpiadasında iştirak edib-etməyəcəyi barədə danışarkən deyib.
“Beynəlxalq Olimpiya Komitəsi yarışların keçirilməsi zamanı bütün təhlükəsizlik məsələlərinə çox diqqətlə yanaşır. Bundan əlavə, Fransada baş verən hadisələrdən cavabdeh şəxs həmin ölkənin rəsmiləridir. Bizim təhlükəsizliyimizin təmin olunacağına zəmanət veriləcəyi təqdirdə, əlbəttə ki, Paris Olimpiya Oyunlarında çıxış edəcəyik”, - o bildirib.
Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarının iyulun 26-da başlaması və avqustun 11-dək davam etməsi planlaşdırılır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu