Kürdəmir rayonunda yol qəzası olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı bir Pakistan vətəndaşı hadisə yerində ölüb, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu