Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirib.
Yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatının alındığı, habelə direktor, xalq artisti Murad Adıgözəlzadənin saxlanıldığı bildirilir. Saxlanılanların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.
BUTA.TV xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasının mətbuat xidmətinin əməkdaşı Cəmilə Abdinzadə Nyus24.az-a açıqlamasında məlumatları təkzib edib:
“Yoxlamalar sadəcə bəzi sənədlər üzərində aparılıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının heç bir əməkdaşı saxlanılmayıb. Murad bəy də işinin başındadır. Dünən konsertimiz olub, həmin konsertdən fotolar belə var”.
Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru xalq artisti Murad Adıgözəlzadədir. O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin həyat yoldaşıdır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu