Son 40 il ərzində on minlərlə Türkiyə vətəndaşı terrorçuların qurbanı olub. Biz terrorizmin “qanlı üzünü” yaxşı bilirik, terrorçularla mübarizə aparmışıq və mübarizəmizi davam etdirəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının bu gün Astanada keçirilən sammitində bildirib.
Onun sözlərinə görə, terrorçulara qarşı mübarizədə maksimum effektivliyə nail olmaq üçün beynəlxalq əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
Ərdoğan qeyd edib ki, Ankara qeyri-qanuni miqrasiya, regional münaqişələr və terrorizmlə mübarizədə birgə addımların müzakirə edilməsi üçün ŞƏT-in çoxtərəfli dialoq platformasından istifadə etməyə hazırdır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu