Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri çərçivəsində Suriya lideri Bəşər Əsədlə mümkün görüşə razılaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Suriya ilə bağlı yeni prosesə başlaya bilərik. Putin və Əsədi dəvət edə bilərik. Putin Türkiyəyə səfər edərsə, bu, yeni prosesin başlanğıcı ola bilər. Suriyada daimi həll mexanizmi yaratmalıdır”, - o bildirib.
Ərdoğan qeyd edib ki, infrastrukturu dağıdılan və əhalisi səpələnmiş Suriyanın ayağa qalxması üçün qeyri-sabitliyə son qoyulması vacibdir.
Türkiyə prezidenti vurğulayıb ki, terrorçular Türkiyə ilə Suriya hökuməti arasında əlaqələrin bərpasından narahatdırlar:
“Türkiyə əvvəlki kimi yeni əhatəli konstitusiyaya malik birləşmiş Suriyanın müdafiəsini davam etdirir. Suriyanın gələcəyi naminə terror qruplarının kökünü kəsmək üçün birgə çalışmaq vacibdir”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu