ABŞ Ermənistan və Azərbaycan arasında sülh prosesini təşviq etmək istəyir və danışıqları asanlaşdırmağa hazırdır.
BUTA.TV xəbər verir ki, ABŞ senatoru Rocer Uiker İrəvanda keçirilən mətbuat konfransında deyib.
“Son məqsədimiz bütün bu regionda sülhün, təhlükəsizliyin, hüquqlara hörmətin olmasıdır”, - o bildirib.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin də bu mövzuya toxunaraq qeyd edib ki, sülh müqaviləsi Ermənistan üçün sərhədlərdə sülhü təmin etməlidir:
“Ermənistan xalqı əmin olmalıdır ki, sülh şəraitində dinc yaşaya bilər və heç bir hərbi əməliyyat təhlükəsi yoxdur. Sülh müqaviləsinin məqsədləri bunlardır. Ermənistan üçün sülh sazişi vacibdir, çünki İrəvan əmin olmalıdır ki, Azərbaycan tərəfdən heç bir hərbi əməliyyat olmayacaq, sərhəd-keçid məntəqələri açıq olacaq və həll olunmamış məsələlərə doğru addımlar atılacaq. Sülh sazişinin tezliklə imzalanmasını istəyirik”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu