2023-cü ilin yanvarında "Qarabağ"ı "Krasnodar"a dəyişən Kadi Borgesin dönüşü hələ də sual altındadır.
BUTA.TV Sportinfo-ya istinadən xəbər verir ki, "köhlən atlar" Rusiya klubuna rəsmi təklif göndərib, braziliyalı legionerin özü də Azərbaycana qayıtmağa razılıq verib.
27 yaşlı vinger Ağdam təmsilçisinin 3 illik müqavilə təklifinə "ok" deyib. "Krasnodar"ın baş məşqçisi Murad Musayev də bu transferin gerçəkləşməsinə «yox» söyləməyib.
Problem təzminatla bağlıdır. "Krasnodar" yeni mövsümün hazırlıqlarına bir müddət əvvəl başlayıb,
Kadi isə toplanışa qatılmayıb və iki klub arasında danışıqların necə yekunlaşmasını gözləyir. Ruslar gərək maliyyə şərtlərində güzəştə getsin ki, cənubi amerikalı təkrar "Qarabağ"a dönə bilsin.
Onu 5 milyon avro qarşılığında sıralarına qatmış "Krasnodar" indi bu məbləğin yarısını geri istəyir. Onlar daha 500 mindən, 1 milyon avrodan söhbət etmir, bu kimi rəqəmləri yaxına buraxmırlar.
Halbuki danışıqların ilk mərhələsində elə də yüksək məbləğlərdən danışmırdılar.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu