ABŞ senatoru Mark Uorner Prezident Co Baydeni seçki yarışından geri çəkilməyə çağırmaq niyyəti ilə ABŞ Konqresinin yuxarı palatasında partiya yoldaşlarından ibarət qrup yaratmağa çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə mənbələrə istinadən "Vaşinqton Post" məlumat yayıb.
Bildirilib ki, ABŞ Senatının Kəşfiyyat komitəsinin sədri olan Uorner Demokrat Partiyasını təmsil edən senatorları inandırır ki, Bayden respublikaçı Donald Trampla fəlakətli debat performansı fonunda seçki yarışında qala bilməz.
Nəşrin məlumatına görə, qanunvericilər narahatlıqlarını prezidentə çatdırmaq üçün müxtəlif variantları, o cümlədən Ağ Evdə senatorların Baydenlə üzbəüz görüşünü nəzərdən keçirirlər.
Qeyd edək ki, daha öncə də Demokrat Partiyasının 168 nüfuzlu rəsmisi və tərəfdarı Baydeni seçki yarışından geri çəkilməyə çağırıb. Bayden isə seçkidən çəkilmək fikrində olmadığını açıqlayıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu