İranda Məsud Pezeşkianın prezident seçilməsi ölkəsi içində və xaricində ondan gözləntiləri artıracaq.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranda keçirilən prezident seçkilərində azərbaycanlı Məsud Pezeşkianın qalib gəlməsi haqda qeyd edib.
O bildirib ki, Pezeşkian Təbrizin millət vəkili kimi parlamentdə keçmiş hökumətləri tənqid edən fikirlər söyləyib, azərbaycanlıların üzləşdiyi problemlərdən danışıb, Tehranın Azərbaycan və Türkiyə xarici siyasətinin dəyişdirilməsi vacibliyini vurğulayıb:
“O, bu fikirlərini seçki təbliğatı dövründə bu və ya digər şəkildə səsləndirib. Pezeşkian bu vədləri yerinə yetirə biləcəkmi? Böyük ehtimalla İranın ali dini lideri və onun ətrafı, o cümlədən dövlət içində dövlət olan SEPAH Pezeşkiana əngəllər yaradacaq. Hər halda Qərb ölkələrinin də Pezeşkiandan gözləntiləri olacaq. Ermənistan isə Pezeşkianın seçilməsindən narahatdır. Azərbaycan İranla normal qonşuluq münasibətlərində, o cümlədən ortaq layihələrin reallaşmasında maraqlıdır, bir şərtlə ki, Tehran və Qum daxili işlərimizə qarışmasın”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu