Türkiyə Mərkəzi Bankı həftəlik pul və bank statistikasını açıqlayıb.
BUTA.TV xəbər verir ki, Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 4 milyard 898 milyon dollar artaraq 89 milyard 731 milyon dollar olub. Ümumi valyuta ehtiyatları iyunun 28-də 84 milyard 833 milyon dollar səviyyəsində qeydə alınıb.
Qızıl ehtiyatları 640 milyon dollar artaraq 58 milyard 77 milyon dollardan 58 milyard 717 milyon dollara yüksəlib.
Beləliklə də, Mərkəzi Bankın cəmi ehtiyatları əvvəlki həftə ilə müqayisədə 5 milyard 538 milyon dollar artaraq 142 milyard 910 milyon dollardan 148 milyard 448 milyon dollara çatıb ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu