“Əziz qardaşım, Sizi Pakistanda salamlamaq məndə böyük məmnunluq və şərəf hissi oyadır”.
“BUTA.TV” xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyulun 11-də İslamabadda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
“Siz öz dəyərli vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsiniz. Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir.
Cənab Prezident, 2023-cü ildə məni Azərbaycana dəvət etdiyiniz çox yaxşı xatirimdədir. Səxavətiniz və çox səmimi qonaqpərvərliyinizlə bağlı o xoş anları hələ də xatırlayıram. Nahar zamanı ləziz yeməyiniz hələ də xatirimdədir. Kaş onun dadına bir də baxa bilərdim. Lakin bunun üçün Sizin möhtəşəm ölkənizi yenə də ziyarət etməliyəm. İnşallah, noyabr ayında gələcəyəm” , - Baş nazir deyib
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu