Ötən gün Fransanın Bakıdakı səfirliyində Fransanın milli bayramı qeyd edilib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, tədbir Bastiliya qalasının alınması münasibətilə təşkil olunub.
Səfirlik bir sıra ictimaiyyət nümayəndələrinə də dəvət göndərib. Ancaq iki ölkə arasındakı diplomatik münasibətlərin o qədər də yaxşı olmaması səbəbindən sözügedən dəvətə ictimai-siyasi xadimlər, siyasət adamları qatılmayıb.
Buna baxmayaraq, VI çağırış Milli Məclisin deputatı Razi Nurullayev dəvətdə iştirak edib, bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
R.Nurullayev bildirib ki, səfirlikdə keçirilən Fransa milli bayramına dəvət olunub və tədbirə qatılıb:
"Səfirlik məni dəvət etmişdi. Tədbirə getdim. Lakin bizim dövlət nümayəndələrimizi orada görmədim və tədbiri erkən tərk etdim".
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu