Məsul qurumlar ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd fonunda Serbiya Prezidenti Aleksandr Vuçiç və onun ailə üzvlərinin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməlidir.
BUTA.TV xəbər verir ki, bunu Serbiya baş nazirinin müavini və milli kəşfiyyat xidmətinin keçmiş rəhbəri Aleksandr Vulin deyib.
“Mən Serbiyanın məsul xidmətlərini prezident Aleksandr Vuçiç və onun ailəsi üçün təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıram. Cəmi bir neçə ay ərzində Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi, İran prezidentinin ölümü və keçmiş ABŞ prezidenti Donald Trampa sui-qəsd cəhdi oldu. Bütün bunlar təsadüf deyil, onların hamısı fərqli dünya düzəninin və Ukraynada sülhün tərəfdarı idilər. Qoy Serbiya Prezidenti Aleksandr Vuçiç və azadlıq uğrunda mübarizə aparmağa cəsarəti olan hər kəs hazır olsun. Keçmiş prezident Trampa sui-qəsd cəhdi nifrətin ifadəsidir. Bu, Vuçiçə və Serbiyaya qarşı dəstəklənən və sərbəst şəkildə ifadə edilən nifrətlə eynidir”, - Vulin bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu