Vaqif Mustafazadənin 45 il öncə lentə alınan və bu vaxta qədər heç vaxt yayılmayan ifası təqdim edilib.
Kult.az xəbər verir ki, ifanı tanınmış jurnalist Kamil Şahverdi paylaşıb.
O bildirib ki, təqdim edilən əsər ünlü bəstəkar, Bakı Musiqi Akademiyası Bəstəkarlıq kafedrasının müdiri, professor Aydın K. Azimin mövzusunda fantaziyadır.
“Pianoda Vaqif Mustafazadə, gitarada Ələsgər Abbasov, zərbdə Pərviz Ədib, bas gitarada Nazim Quliyev. Bu əsər 1979-cu ildə Vaqif Mustafazadənin son konsertlərindən birində ifa olunub.
Bu əsəri iık dəfə eşidəcəkdiniz. 45 il bundan əvvəl ifa olunan şedevr fantaziyanı ilk dəfə sizə təqdim etməkdən qürur duyuram.
Bu lent yüzısının üzə çıxması üçün dəyərli dostumuz, caz musiqisinin mahir bilicisi və təbliğatçısı Tofiq Həsənsoya təşəkkürlər!”
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu