Aparıcı İlkin Həsəni ilə bloger həyat yoldaşı Ayselin maraqlı videosu yayılıb.
BUTA.TV xəbər verir ki, görüntüləri Aysel instaqram hesabında paylaşıb. "Geyimimi o qədər çox soruşublar ki... Təəssüf ki, bitib" sözlərinə "Səndən onu soruşan olubsa, adımı dəyişərəm. Aç göstər. Ölürsən yalan danışmaq üçün. Yoxdur, soruşmayın" deyə reaksiya verib.
"Hekayələrimi xarab etmək üçün ölürsən" deyə, Aysel ona reaksiya verib.
Aysel daha sonra İlkinin ona əsəbiləşdiyi anların görüntüsünü yayımlaybı. Belə ki, çəkilişə gedən zaman o, məhsulu evdə unutduğunu bildirib.
Əsəbiləşən İlkin "Bütün günü evdə bunun haqqında danışmısan. Harasa gedirik, deyirsən, unutmuşam. Hansısa dövlət işində çalışsaydın bir həftəyə səni atardılar bayıra. Deyərdilər, bizə belə məsuliyyətsiz adam lazım deyil. Bəxtin onda gətirib ki, işin əyləncədir. Sən əylənə-əylənə pul qazanırsan" sözlərini söyləyib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu