Bu gün səhər saatlarında Bakı metrosunda qatarların yubanması halı baş verib.
BUTA.TV xəbər verir ki, stansiyalarda olan vətəndaşlar səkkiz dəqiqə qatar gözləməli olublar.
Bakı Metropoliteni QSC-dən bildirilib ki, qatarların hərəkətində intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.
"Dərnəgül" stansiyasında maşinist monitorunda "qapıların bağlanmaması" işarə sistemi işə düşüb. Maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sistemində yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.
Xətdə hərəkətin təşkilinə maneə yaranmaması üçün həmin qatar digər - qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Qatara əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb. Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.
Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib", - deyə məlumatda bildirilir.
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub