Azərbaycan Cüdo Federasiyası 2024-2028-ci illər üçün strategiyasını təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə federasiyanın baş katibi Rəşad Rəsullu Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı məlumat verib.
O bildirib ki, qarşıda duran ən əsas məqsəd Azərbaycanı cüdo üzrə dünyanın qabaqcıl ölkələrindən birinə çevirməkdir.
Baş katib 4 illik inkişaf planında 3 strateji istiqamət və dəstəkləyici amilləri açıqlayıb.
Strateji istiqamətlər kütləviliyin artırılması, istedadların inkişaf yolunun təkmilləşdirilməsi, elit idmanda nailiyyətlərin yaxşılaşdırılmasıdır.
Dəstəkləyici amillər isə məşqçilərin inkişafı, idman mütəxəssislərinin hazırlanması, meqatədbirlərin təşkili, infrastruktur, özəl sektorun iştirakı və maliyyələşdirmə, klublar və federasiyaların imkanları, tənzimləmə, idarəetmə, dəstək, müxtəliflik və inklüzivlik, rəqəmsallaşma, kommunikasiya və iştirakdır.
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub