Rüstəmxanlının PA rəhbəri ilə davası: Ramizkimilər... – Video

20:34 - 16 İyul 2024 - GÜNDƏM

 Rüstəmxanlının PA rəhbəri ilə davası: Ramizkimilər... – Video

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlının 1996-cı ildə Milli Məclisdə həmin dövrdə Prezident Aparatının rəhbəri olan Ramiz Mehdiyevlə mübahisəsini əks etdirən görüntülər yayılıb.

BUTA.TV xəbər verir ki, proses 1994-1995-ci ildən başlamış, həmin vaxt PA rəhbəri olan Ramiz Mehdiyev Mətbuat və İnformasiya Nazirliyini bir neçə dəfə yoxlatdırmış, nəticə almadıqda isə PA-nın mətbu orqanı olan “Xalq qəzeti” də daxil olmaqla, bir neçə media qurumunda həmin vaxt mətbuat və informasiya naziri Sabir Rüstəmxanlının əleyhinə kampaniya başlatmışdı.

Sabir Rüstəmxanlı o kampaniyaya həddən artıq geniş bir cavab yazaraq, dərc etdirmiş və bunun arxasında Ramiz Mehdiyevin dayandığını bildirmişdi. Bir müddətdən sonra isə (1995-ci il) Sabir Rüstəmxanlı nazir vəzifəsindən istefa verərək, parlament seçkisinə qatılmış və deputat seçilmişdi.

Buna baxmayaraq, Ramiz Mehdiyev “köhnə rəqibini” növbəti dəfə Milli Məclisdə “vurmaq” qərarına gəlmişdi.

Bu xəbər hal-hazırda çox oxunur
Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Sabir Rüstəmxanlının Ramiz Mehdiyevə Milli Məclisdəki cavabını təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol