Əsas vətənimiz və əqidəmiz sabitdir.
Bu sözləri BUTA.TV-a açıqlamasında Azərbaycan Respublikasının VI çağırış deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc namizədliyini Bərdədən yox, 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürməsinin səbəbləri haqda danışarkən deyib.
“Ötən 6 çağırış parlament seçkilərində dairələrin dəyişilməsi adi siyasi praktika olub. Əsas odur ki, vətənimiz və əqidəmiz sabitdir”, - o bildirib.
Zahid Oruc 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürən rəqiblərilə mübarizəni isə bu cür şərh edib:
“Mübarizəmiz namizədlərlə deyil, hər bir seçicinin səsinin qazanılması uğrunda olacaq. Elə millət vəkili olacağıq ki, kimsə özünü məğlub saymasın!”.
Qeyd edək ki, Zahid Orucla bərabər 33 saylı Xətai birinci seçki dairəsindən iqtisadçı ekspert, ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli və tanınmış jurnalist Fuad Abbasov da namizədliyini irəli sürüb.
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub