Azərişıq ASC-nin “Hadrut” qovşaq yarımstansiyası ərazisində yerləşən Təlim Tədris Mərkəzində maarifləndirici tədbir həyata keçirib. Məqsəd Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan inzibati vahidliklərdə çalışan əməkdaşların, eyni zamanda ərazidə məskunlaşan əhalinin mina təhlükəsizliyi və mülkü müdafiə sahəsində lazımi biliklər əldə etməsidir. Tədbirdə əvvəlcə, iştirakçılar mina və partlamamış hərbi sursatlar barədə videoçarxı izləyiblər.
BUTA.TV xəbər verir ki, Azərişıq ASC-nin Təlim Tədris Mərkəzinin, Mülkü Müdafiə qərargahının, Fövqəladə Hallar Nazirliyinin və Minatəmizləmə Agentliyinin nümayəndələri yeni işə qəbul olunmuş, təlim keçməmiş mütəxəsissləri və mülki əhalini məlumatlandırıblar. "Azad olunmuş ərazilərdə Azərişıq ASC-nin əməkdaşlarının və mülki əhalinin mina təhlükəsizliyi", “Sürpriz minalar və digər partlayıcı sürsatlar, eləcə də, yanğın zamanı davranış qaydaları” mövzusunda iştirakçılar maarifləndirilib.
"Təxirəsalınmaz İlk tibbi yardım" mövzusunda iştirakçılar maarifləndirilərkən yanğın zamanı yaralılara ilkin yardım və təxliyə qaydaları əyani şəkildə nümayiş etdirilib. “Mülki müdafiə sahəsində pilotsuz uçuş aparatlarının tətbiqi və PUA-nın təsnifatı” ilə bağlı da məlumatlar verilib.
Tədbirin ikinci hissəsi isə maraqlı təlimlə yadda qalıb. Təlim-Məşq Poliqonunda təlim məqsədilə quraşdırılan transfomatorda çıxan şərti yanğın zamanı yaralanan əməkdaş xilas edilərək ərazidən təxliyə olunub. Həmçinin, yanğının qarşısı alınıb.
Qeyd edək ki, Azərişıq ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı ölkənin bütün regionlarında maarifləndirici tədbirlər və təlimlər həyata keçirir. Təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi