Hakim Yeni Azərbaycan Partiyasının 1 sentyabrda keçiriləcək parlament seçkilərinə 10 saylı Binəqədi dairəsindən Hümbət Hüseynov, 26 saylı Sabunçu selçi dairəsindən Afaq Hacıyevanın, 35 saylı Xətai 3-cü seçki dairəsindən Pərvanə Vəliyevanın, 36 saylı Xətai-Suraxanı seşki dairəsindən Nərminə Hacıyevanın namizədliyini irəli sürüb.
BUTA.TV xəbər verir ki, 10 saylı dairədən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, 26 saylı dairədən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa namizədliklərini irəli sürüb. Hər ikisi ötən seçkilərdə parlamentdə təmsil olunublar.
O cümlədən ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev ötən seçkidə 36 saylı dairədən deputat seçilmişdi və hazırda da həmin dairədən namizəd olacağı gözlənilir.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə 35 saylı dairədən namizəd olmuş, “Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu ilə mübarizə aparmışdı. Ötən seçkilərdə dairənin nəticələri MSK tərəfindən ləğv edildiyi üçün bu ərazidən MM-də heç kim təmsil olunmamışdı.
İ.Ağazadənin də 35 saylı dairədən yenidən namizəd olacağı gözlənilir.
Qeyd edək ki, hər 4 partiya sədrinin YAP-dan olan rəqibləri ölkə miqyasında tanınmış simalar deyil, gənclərdir.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi