Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 43 saylı Sumqayıt seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib.
BUTA.TV xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının bu gün elan etdiyi siyahıda 43 saylı seçki dairəsindən Tahir Mirkişilinin namizədliyini irəli sürdüyü məlum olub.
1977-ci il təvəllüdlü, YAP İdarə Heyətinin üzvü Tahir Mirkişili Qubadlı rayonundan olsa da, 5-ci və 6-cı çağırış Milli Məclisə 42 saylı (hazırda bu dairə 43 saylıdır) Sumqayıt ikinci seçki dairəsindən deputat seçilib. Başqa sözlə desək, Mirmahmud Mirəlioğlu hansı dairədən namizədliyini irəli sürdüyünü bilir.
Beləliklə, 43 saylı dairədə ciddi rəqabət olacağı güman edilir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu