Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BUTA.TV-a verilən məlumata görə, iyul ayının 16-da saat 02:40-da Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram narkotik vasitə marixuananı qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirən Qazax rayon sakini 1984-cü il təvəllüdlü Kamil Səttar oğlu Rəsulov Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.
Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon sakinləri 1982-ci il təvəllüdlü Elçin Əliağa oğlu İsgəndərov, 1985-ci il təvəllüdlü Gülağa Əliağa oğlu İsgəndərov və 1989-cu il təvəllüdlü Taleh Babakərim oğlu Sariyev Bakı şəhəri ərazisində saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi