Şahruddin Məhəmmədəliyevin “Qarabağ”dan göndərilməsi məntiqli idi, qaytarılması da hazırkı məqamda məntiqli görünür.
Bu sözləri BUTA.TV-a açıqlamasında idman eksperti Kənan Məstəliyev Şahruddin Məhəmmədəliyevin “Qarabağ”a qayıtması ilə bağlı danışarkən deyib.
Məstəliyev bildirib ki, Şahruddin klubdan ona görə göndərilmişdi ki, “Qarabağ”a yaraşmayacaq bir səviyyədə, komandanın nəticələrinə təsir edən səhvlər edirdi:
“İş dözülməz həddə gəlib çıxmışdı. Aşkar görünürdü ki, bu qolkiperlə davam etmək yersizdir, onun göndərib əvəzində yaxşı, güclü, tanınmış biri gətirilməlidi. Elə də edildi və Andrey Lunyov dəvət olundu ki, o da gözləntiləri artıqlaması ilə qarşıladı. Möhtəşəm qapıçı idi”.
Ekspert qeyd edib ki, Şahruddinin indi qaytırlması da qısamüddətli perspektiv üçün məntiqli görünür:
“O, “Adana Dəmirspor”da təcrübə topladı, səhvləri bitməsə də, nisbətən azaldığı görünür. Məndən olsa, yenə də transfer etməzdim. Ancaq bir məqam var: Amin Ramazanovun zədələnərək uzun müddətə sıradan çıxması klubun planlarını pozdu və təcili yerli statusu olan təcrübəli birinə ehtiyac yarandı. Hazırda bu baxımdan Şahruddin normal namizəddir, gətirilməsi də normaldır. Amma o əsas qapıçı olmamalıdır. Olsa, bu, böyük və strateji səhv olar. Mütləq şəkildə daha tanınmış, güclü bir legioner qapıçı alınmalıdır. Bildiyim qədərilə, klub buna çalışır, bu istiqamətdə ciddi addımlar atır. Transfer gerçəkləşərsə, “Qarabağ”ın qapıçı mövqeyində problem qalmayacaq”.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi