Hindistanın şimalında, Qonda şəhəri yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 2 nəfər ölüb, daha 20 nəfər isə xəsarət alıb.
BUTA.TV xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Hadisə yerinə onlarla xilasedicinin, 40 nəfərlik həkim və təcili yardım briqadasının gəldiyi bildirib.
Yaralılar bölgədəki xəstəxanalara və dövlət sağlamlıq mərkəzlərinə yerləşdirilib.
Qeyd edilir ki, qatar Dibruqarx şəhəri istiqamətində hərəkət edirmiş. Qəzanın səbəbi bəlli deyil.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi