Vaşinqtonun təsəvvüründə Azərbaycan üçün “ağrılı güzəşt” sülh müqaviləsini imzalamaq və Ermənistana hücum etməyəcəyinə dair vəd verməkdir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “Ayakve” təşəbbüs qrupunun üzvü Armen Manvelyan deyib.
Onun sözlərinə görə, Vaşinqton bunun qarşılığında İrəvandan Bakının bütün tələblərinin icrasını tələb edir:
“Söhbət yeni konstitusiyanın qəbulu, anklavların və o ərazilərə gedən yolların təhvil verilməsi, azərbaycanlıların qayıdış haqlarının gücləndirilməsi, geri dönəcək şəxslərin təhlükəsizliyini qorumaq üçün üçüncü ölkənin ordusunun Ermənistanda mövcudluğunun təmin olunması və Zəngəzur dəhlizinin açılmasından gedir”.
Manvelyan deyib ki, Qərb bundan əlavə Rusiya bazasının Ermənistandan getməsini də istəyir:
“Onlar açıq şəkildə deyirlər ki, Ermənistan təhlükəsizliyinin təminatını Türkiyə və Azərbaycanla həyata keçirməlidir. Bu halda ölkəni nə gözləyir? Böyük ehtimalla Ermənistanın dövlət kimi ləğvi prosesi başlayır”.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi